Bakıda yol polisini maşın vurub

Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.

ONN media xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, “Kukla” teatrının yanında qeydə alınıb.

Belə ki, polis serjantı Ramin Rasim oğlu Ağamalıyev həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır:

“Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb”.