Bakıda yol qəzası olub- HƏLAK OLAN VAR

Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb.

ONN media xəbər verir ki, hadisə Bakı kənar dairəvi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Elvin Məmmədov idarə etdiyi Mazda markalı avtomobillə piyada 1940-cı il təvəllüdlü Sakit Niyazovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.