Bakının bu ərazilərini üfunət iyi bürüdü

Hazırda Bakının bəzi ərazilərində havadan üfunət iyi gəlir.

ONN media  xəbər verir ki, bu haqda sosial şəbəkələrdə də geniş müzakirələr gedir.

Müxtəlif istifadəçilərin bildirdiklərinə görə, qoxu daha çox 3, 6, 7, 8, 9-cu mikrorayonlar, Dərnəgül, Nərimanov metrostansiyaları ətrafında, eləcə də şəhərin digər ərazilərində hiss olunur.

Qoxunun səbəbi haqda açıqlama verilməyib.