Bakının mərkəzində öküz nəqliyyatı iflic etdi

Bu gün Bakıda qəssabxanadan qaçan öküz şəhərdə nəqliyyatın hərəkətində problem yaradıb.

ONN media xəbər verir ki, boğazındakı kəndiri qırıb qaçan öküz küçə və prospektlər boyu hərəkət edib. Qəssab əlində balta ilə öküzü xeyli təqib edib və böyük çətinliklə iribuynuzlu heyvanı tutmaq mümkün olub.

Hadisəni əks etdirən bəzi fotoları təqdim edirik.