ONN İnformasiya Agentliyi

Bakının mərkəzində YANĞIN BAŞLADI

Bakının mərkəzində YANĞIN BAŞLADI
20 Fevral 2020 - 23:35

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yaşayış binasının dam örtüyündə baş vermiş yanğın söndürülüb.

Hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png