“Baku Bus” avtobusu qəza törətdi: yaralı var

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

ONN media xəbər verir ki, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən “Baku Bus” avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.