ONN İnformasiya Agentliyi

Batumidə azərbaycanlıların olduğu avtobus qəzaya düşdü – Bir neçə nəfər…

Batumidə azərbaycanlıların olduğu avtobus qəzaya düşdü – Bir neçə nəfər…
12 İyul 2019 - 19:55

Gürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.

ONN media bildirir ki, Bakıdan yola düşən avtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png