ONN İnformasiya Agentliyi

BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq

BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq
15 Oktyabr 2019 - 22:54

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə ittiham olunan 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

ONN media xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı E.Yusifovun 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, E.Yusifov tanışı Hüseyn Məmmədovdan 50 min manat alaraq vəzifəli şəxslərə verəcəyini və onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyini vəd edib.

Bak Dövlət Universitetinin fəlsəfə müəllimi ola Hüseyn Məmmədov rüşvət verdiyi üçün bu işdə zərərçəkmiş kimi yox, şahid kimi tanınıb və təqsirləndirilənin azadlığa buraxılmasını istəyib.

E.Yusifova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 34, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png