Berlində yaşayış binası yandı – Xəsarət alanlar var

Almaniyanın Berlin şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğın nəticəsində 20 nəfər xilas edilib, 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yanğının söndürülməsində 120 yanğınsöndürən iştirak edib. Hazırda yanğın söndürülüb.