ONN İnformasiya Agentliyi

Betonqarışdıran maşın motosikletin üzərinə aşdı: 3 yaralı

Betonqarışdıran maşın motosikletin üzərinə aşdı: 3 yaralı
07 Yanvar 2018 - 15:39

Ağsu rayonunda betonqarışdıran yük avtomobili motosikletin üzərinə aşıb, xəsarət alanlar var.

ONN media-nın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Ağsu şəhərində qeydə alınıb.

Rayon sakini 1979-cu il təvəllüdlü Baxışov Coşqun Qənbər oğlu idarə etdiyi "90-CF-748" dövlət nömrə nişanlı betonqarışdıran avtomobil ilə Ağsu şəhərində yeni bayraq meydanının inşası üçün əraziyə beton apararkən döngədə idarəetməni itirib və avtomobili yoldakı motosikletin üzərinə aşırıb. Hadisə zamanı motosikletin sürücü, 1986-cı il təvəllüdlü Musayev Samir Ağayar oğlu, sərnişinlər – Yenilik kənd sakinləri, 1995-ci il təvəllüdlü Pənahov Roman Sərkar oğlu və 1993-cü il təvəllüdlü Bəbirli Həbib Əşrəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png