Beyləqanda orta məktəb yandı

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinindən (FHN) ONN media informasiya agentliyinə verilən məlumata görə, saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, Əhmədli kəndində ümumi sahəsi 650 m² olan birmərtəbəli orta məktəb binasında yanğın nəticəsində 5 sinif otağının tavanı 190 m² sahədə və 2 sinif otağında olan əşyalar 52 m² sahədə yanıb.

Digər sinif otaqları yanğından mühafizə olunub

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.