Binəqədidə yanğın

Bakının Binəqədi rayonunda ümumi sahəsi 270 kv.m olan anbarda yanğın olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, anbarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.