Binanın damına çıxıb özünü atmaq istədi – XIRDALANDA

Şəmkir rayon sakini intihara cəhd edib.

ONN media Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. Cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.