ONN İnformasiya Agentliyi

Braziliya həbsxanasında qiyam – Ölən və yaralananlar var

Braziliya həbsxanasında qiyam – Ölən və yaralananlar var
02 Yanvar 2018 - 9:09

Braziliyada həbsxanada baş vermiş qiyam zamanı 9 məhbus həlak olub, daha 14 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Qoyas ştatında baş verib. Qarışıqlıqlar zamanı penitensiar müəssisədən 106 cinayətkar qaçıb. Hazırda onların 29-u saxlanılıb. Daha 127 nəfər isə qiyam zamanı həbsxananı tərk etsələr də, qarışıqlıqlar başa çatandan sonra könüllü şəkildə geri qayıdıblar.

Qeyd edilir ki, həbsxanada qiyam iki cinayətkar qruplaşmanın davası ilə əlaqədar başlayıb. Qiyam zamanı həbsxanada yanğın olub.

Qarışıqlıqların yatırılması üçün 2 saatdan çox vaxt lazım gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png