ONN İnformasiya Agentliyi

Bu prospektə tıxac yarandı – QƏZA

Bu prospektə tıxac yarandı – QƏZA
10 Noyabr 2019 - 22:43
Bakıda Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

ONN media report-a istinadən xəbər verir ki, “Audi” ilə “KİA” markalı avtomobil toqquşub.

Zərbənin gücündən “Audi” səkiyə çırpılıb. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiyinə görə, xəsarət alanlar təcili yardımın köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Qəza səbəbindən yolda tıxac yaranıb. Hadisə yerinə cəlb edilən DYP əməkdaşları yolda maşınların hərəkətini tənzimləyir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png