Cəlilabadda 4 otaqlı ev yandı

Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 2 otağın yanar konstuksiyaları 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.