Çeçenistanda partlayış – Xəsarət alanlar var

Çeçenistanın Şalin rayonunda istilikxanada partlayış baş verib.

ONN media xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Geremençuk yaşayış məntəqəsində qeydə alınıb. Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar xəsatəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.