Dəm qazı gəncin həyatına SON QOYDU

İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.

ONN media bildirir ki, hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib.

Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.

Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.