DƏHŞƏT – Qatar partladıldı: ölənlər var

Pakistanın Bəlucistan vilayətində sərnişin qatarına bombalı hücum olub.

ONN media xəbər verir ki, Dera Murad bölgəsində dəmiryoluna döşənilmiş bombanın parttladılması nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Hadisədən sonra yolda hərəkət dayandırılıb.

Terror hücumunun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.