ONN İnformasiya Agentliyi

Dənizə neft axıdan şəxslər ƏLƏ KEÇDİ – DİN

Dənizə neft axıdan şəxslər ƏLƏ KEÇDİ – DİN
27 Dekabr 2019 - 17:58

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılmışdır.

DİN -dən ONN media -ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən edilmişlər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf etmişlər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcəkdir.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png