Daha bir İran casusu saxlanıldı

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdirilir.

ONN media xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalında məlumat yayılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində molla rejiminə xidmət edən və onları təbliğ edən Seyid Ağasəf Xurşidov saxlanılıb.

Əslən Yardımlı rayonundan olan Seyid Ağasəf Xurşidov İranın Qum şəhərində dini təhsil alıb.

Qeyd edək ki, bu gün İran təbliğatı aparan Vüqar Süleymanov, Natiq Əliyev və Kəlbəlayi Sərvər də saxlanılıb.