ONN İnformasiya Agentliyi

Daha bir məktəbli qızılcadan dünyasını dəyişib

Daha bir məktəbli qızılcadan dünyasını dəyişib
18 Yanvar 2024 - 21:42

Qazaxda 13 yaşlı yeniyetmə qızılca xəstəliyindən dünyasını dəyişib.

ONN media-nın məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində baş verib.

Belə ki, Nəzrin Fərrux qızı Şabanzadə qıızılca diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yeniyetmənin vəziyyəti ağırlaşdığından Gəncəyə aparılıb. Oradan isə ailə övladını Bakıya aparan zaman yolda dünyasını dəyişib.

Qazax Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Nəzrin Şabanzadə yanvarın 12-də günorta saatlarında xəstəxanaya gətirilib. Həmin vaxt vəziyyəti çox ağır olub.

Xəstə müayinə edildikdən sonra Gəncəyə göndərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda da xəstəxanada qızılca xəstəliyinə yoluxmuş xeyli xəstə var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png