Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü- ÖLƏN VƏ YARALANANLAR VAR

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.  

ONN media  report-a istinadən xəbər verir ki, “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşənlərin Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu deyilir.