Dumanlı havada 40 maşın bir-birinə dəydi

Birləşmiş Ərəb Əmirliklərində Dubay-Əbu Dabi sürətli magistral yolunda qatı duman səbəbindən 44 avtomobil toqquşub.

ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, qəzanın səbəbkarı yüksək sürətlə hərəkətdə olan iki avtomobilin sürücüsü olub. Hadisə nəticəsində 22 nəfərin yaralandığı bildirilir.