ONN İnformasiya Agentliyi

Dünənki hadisə yenə təkrarlanarsa…

Dünənki hadisə yenə təkrarlanarsa…
04 İyul 2018 - 15:57

Ötən gün axşam saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasında yenidən baş verən qəza nəticəsində paytaxt Bakının işıqsız qalması metro sistemini çətin vəziyyətə salıb.

ONN media xəbər  verir ki, bu gərginlikdən ən çox əziyyət çəkənlər sərnişinlər olub. Qatarda qalan sərnişinlər tunel vasitəsilə təxliyyə olunublar.

Təxliyyə zamanı isə insanların qarşılaşdığı acınacaqlı vəziyyət, panika, üstəgəl də  havanın temperaturunun yüksək olması uşaqdan tutmuş yaşlıya kimi bütün sərnişinlərin vəziyyətinin pisləşməsinə səbəb olub.  

Buna görə də dünən gecədən etibarən sosial şəbəkələrdə enerjinin kəsilməsi halında insanların qatardan təxliyyə prosesinin alternativ yollarının olmamasından narazılıq edirlər. 

 Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu məsələyə belə münasibət verib. O bildirib ki,hazırda alternativ vasitələrlə sərnişinləri daşımaq mümkün olan şey deyil: “Metroda generatorlar sadəcə stansiyaları işıqlandırmaq və bəzi təlabatlar ödəmək üçündür. Qatarları hərəkətə gətirmək, onların hərəkətdə olmasını tənzimləmək  üçün lazım olan elektrik enerjisi tam fərqli bir şeydir. Bu bizim məişətdə işlətdiyimiz 220 volt enerji deyil. Qatarların təmas reysində 825 volt gərginlik olur. Aradakı fərqə baxın. Üstəgəl, bunların daim işlək rejimdə olması məsələsi var. Yəni,bu çox ağır prosesdir. Generatorlar da o gücdə deyil ki, sərnişinləri tuneldən təxliyyə edə bilsin. Generatorlar ışıqlandırmağa və xəstəxanada hansısa təcili əməliyyatlar aparmağa kömək edə bilər. Metrodakı qəza işığından dünən tuneli işıqlandırdıq”.

Onun sözlərinə görə, dünya təcrübəsində də metro təlimatında təxliyyə məsələsi və onun qaydaları yazılıb: “ Amma bu sahədə yavaş-yavaş inkişaf var. Gələcəkdə belə problemlərin həlli üşün müəyyən işlər artıq görülür.  O cümlədən, Bakı metrosunda da bu istiqamətdə işlər görülməkdədir. Həmin işlərin nədən ibarət olması haqqında isə gələcəkdə ictimaiyyətə  məlumat veriləcək”.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png