Dünyanın ən böyük hava limanında elektrik kəsildi

Dünyanın ən yüklənmiş hava limanı sayılan Atlanta aeroportunda elektrik enerjisinin verilməsi dayandırılıb.

ONNmedia "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə aeroport "Tvitter" səhifəsində yazılıb.

Bununla əlaqədar aeroport reyslərin qəbulunu dayandırıb.