Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlim keçirlər

Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb. 

ONN media apa-ya istinadən xəbər verir ki, təlimlər ermənilərin nəzarət etdikləri Kəngərli kəndində və Uzun dərə adlanan ərazidə keçir.

Təlimdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda cəbhəyanı ərazilərdə atış səsləri eşidilir.