ONN İnformasiya Agentliyi

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törətdi

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törətdi
21 Oktyabr 2020 - 11:56

Erməni vandalları ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılara qarşı vandalizm aktı törədib.

ONN media  xəbər verir ki, onlar oktyabrın 20-də gecə Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin binasının üzərinə nifrət dolu ifadələr, təhqir və söyüş yazmaqla erməni xislətinin dəyişməz olduğunu bir daha sübut ediblər.

Milli zəmində azərbaycanlılara qarşı nifrət çağrışları edən ermənilərin cəzalandırılması üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Həmid Azəri bu vandalizm aktını, eyni zamanda Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə edilən 2 raket hücumu nəticəsində 24 mülki vətəndaşın, o cümlədən qadın və günahsız uşaqların həlak olmasını, onlarla insanın yaralanmasını hadisə yerinə dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə çatdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png