ONN İnformasiya Agentliyi

Fəvvarələr bağında güclü yanğın olub

Fəvvarələr bağında güclü yanğın olub
01 Avqust 2022 - 22:30

Səbail rayonu, Fəvvarələr bağının yaxınlığında yerləşən “Sweet levantine” kafesində axşam həyəcanlı anlar yaşanıb.

ONN media xəbər verir ki, yanğın səbəbindən kafenin ilk olaraq işıqları sönüb, sonra tüstü hər tərəfi bürüyüb. İnsanlar təcili olaraq kafenin əməkdaşları tərəfindən təxliyə ediliblər.

Az sonra məlum olub ki, yanğın kafedə deyil, binanın ikinci mərtəbəsində yaşayış evində baş verib. Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Nazirliyin ilkin məlumatına əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

Qeyd edək ki, bu ilin aprel ayında Fəvvarələr bağının yaxınlığında “Location” klubda güclü partlayış baş vermişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png