“Feysbuk”da bacısını təhqir edən dostunu bıçaqladı – FOTO

Türkiyədə sosial şəbəkə üzərində yaranan mübahisə cinayətlə sonlanıb.

ONN media xəbər verir ki, ölkənin Adana bölgəsində yaşayan Orxan Ü., sosial şəbəkə üzərindən böyük bacısını təhqir edən A.Fərdini və anası A.Pərvini bıçaqlayıb.

İki dost olduqları deyilən gənclər arasında münaqişə Orxanın bacısının “Feysbuk”da avtomobil yanında çəkdirdiyi şəkili paylaşması ilə başlayıb. A.Fərdi fotonun şərh bölməsinə “Bu heç yaxşı ayaq deyil, bu ayaqla belə maşını necə alıb?” rəyini yazıb.

Orxan rəyini silməsini istəsə də, Fərdi israrla rəyi silməyib. Beləliklə, Orxan Fərdini ayağından bıçaqla yaralayıb. Hadisədən xəbər tutan A.Pərvin oğlunu da götürüb və Orxangilə gedib. Qadın Orxanı təhqir etməyə başlayıb. Bundan qəzəblənən Orxan yenidən bıçağa əl atıb. İki gənci ayırmağa çalışan qadın sinəsindən bıçaq yarası alıb.

Təcili yardımla Adana Şəhər Xəstəxanasına çatdırılan qadının vəziyyətinin ağır olduğu deyilib.

Ü.Orxan isə polislər tərəfindən həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.