FHN köməksiz balıqçını xilas etdi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə, istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən ONN media -ya verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri vətəndaşı xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.