FHN Kürdəmirdəki hadisənin görüntülərini yaydı – VİDEO

25 noyabr 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sığırlı kəndinin ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

ONN media  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “KAMAZ” markalı yük avtomobili ilə “MERCEDES-BENZ ATEGO” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və qəzaya uğramış “MERCEDES-BENZ ATEGO” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Xalayev Elvin Vaqif oğlunun həmin nəqliyyat vasitəsinin içərisində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobilin içərisindən çıxararaq xilas ediblər.

Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.