FHN: Ötən sutka 7 nəfər xilas edildi

Ötən sutka ərzində 42 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

ONN media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, həmçinin Abşeron rayonunun Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobili və IVECO markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.