“Ford” ağaca çırpıldı – Sürücü…

Xaçmazın Çinartala kəndində avtomobil qəzası olub.

ONN media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “Ford” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.