ONN İnformasiya Agentliyi

Formula 1-də maraqlı qəza

Formula 1-də maraqlı qəza
26 Aprel 2019 - 14:29

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib.

ONN media xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lyukuna ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb.

Rassellin bolidi trasdan evakuasiya olunub. Qəza səbəbindən sərbəst yürüşün bərpası ləngiməli olacaq və problem yaranan lyukun təmir olunması vaxt alacaq.

***

Beynəlxalq Avtomobil Federasiyası qəzadan sonra Bakı trekində bütün drenaj lyuklarını yoxlamağı qərara alıb. Trek boyunca lyukların sayının 300-dən çox olduğu bildirilir.

Bugünkü sərbəst yürüş isə ləğv olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png