ONN İnformasiya Agentliyi

Gədəbəy rayon sakini istintaqa cəlb olunub

Gədəbəy rayon sakini istintaqa cəlb olunub
07 Fevral 2018 - 11:56

Bakıda yük maşınının vurduğu kişi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər. 
Dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub. 
Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb. 

Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.   
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib. 
Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü  –  Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub. 

 

Faktla bağlı cinayət işi başlanılıb. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png