Gəncədə ağır yol qəzası olub- Yaralılar var

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

ONN media xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı 2001-ci il təvəllüdlü E.Məhərrəmov və daha bir nəfər xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb