Gəncədə BƏDBƏXT HADİSƏ – Ata bilmədən azyaşlı oğlunu öldürdü

Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, Şahsevənlər küçəsində maşınını arxaya verən ata bilmədən təqribən 5-7 yaşlı oğlunu vuraraq ona ağır xəsarət yetirib.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.