Gəncədə qadın intihara cəhd edib

Gəncə şəhərində intihara cəhd hadisəsi olub.

ONN media  "Report"a istinadən bildirir ki, Cavad Xan qəsəbəsi sakini, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 20-25 yaşlı qadın dərman içərək intihara cəhd edib. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.