Gənc oğlanı “tok” vurdu
Göygöldə 29 yaşlı kişini elektrik cərəyanı vurub.
ONN media xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini – 1991-ci il təvəllüdlü Asim Qurbanovu cərəyan vurub. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.