Gənc qadın gecə saatlarında evindən itkin düşdü

Gəncədə 32 yaşlı qadın itkin düşüb.

ONN media xəbər verir ki, hadisə Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 27, mənzil 36-da baş verib.

Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də gecə saat 01 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Olayla bağlı araşdırmalar başlanılıb.