Gəncədə AĞIR QƏZA: 10 yaşlı məktəblini maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki,  10 yaşlı Hüseyn İbrahimov yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

H.İbrahimovun orta məktəb şagirdi olduğu bildirilir.