ONN İnformasiya Agentliyi

Gəncədə tələbələr arasında kütləvi daha olub

Gəncədə tələbələr arasında kütləvi daha olub
02 Dekabr 2022 - 19:40

Gəncədə futzal yarışında ictimai qaydanı pozan 5 şəxsə inzibati həbs tətbiq edilib.

Bu barədə ONN media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib

Noyabr ayının 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırılma aparılıb. İctimai qaydanı pozan 5 şəxs barəsində müvafiq protokol tərtib olunaraq Gəncə şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarları ilə 2 nəfər 30, 1 nəfər 15, 2 nəfər 10 sutka müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png