ONN İnformasiya Agentliyi

Gömrükdə qanunsuz telefonlar aşkarlandı

Gömrükdə qanunsuz telefonlar aşkarlandı
02 Dekabr 2017 - 12:47

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilindən 15 ədəd mobil telefon aşkarlanıb.

DGK-dan ONN media-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin tarpedasının içərisindən gömrük nəzarətindən gizlədilən 15 ədəd "Mezui X-BO" mobil telefonları və 10 ədəd telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png