Goranboya sel gəldi- Dağıntılar var

İyunun 22-də Goranboy rayonu ərazisində şiddətli yağış bir sıra fəsadlara yol açıb.

Goranboy Rayon İcra Hakimiyyətindən ONN media-ya verilən məlumata görə, şiddətli yağan yağış və sel suları rayonun bir sıra kəndlərində, xüsusilə Ağcakənd ərazisində evlərə və təsərrüfatlara ziyan vurub.