Goranboyda ağır yol qəzası olub

Goranboyun Veyisli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

ONN media-nın məlumatına görə, idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində, 1991-ci il təvəllüdlü N.İsgəndərov və 2004-cü il təvəllüdlü K.Qarayeva xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.