ONN İnformasiya Agentliyi

Göyçayda ev yanıb

Göyçayda ev yanıb
03 Fevral 2018 - 23:08

Göyçay rayonunda imkansız ailəyə məxsus vaqon tipli ev yanıb. ONN medianın xəbərinə görə, hadisə bu gün axşam saat 20:00 radələrində rayonun Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Həmidov Tahir Həmid oğluna məxsus fərdi həyətyanı sahədə yaşayış üçün quraşdırılan metal konstruksiyalı vaqon tipli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 32 kvadratmetr olan bir otaq və bir mətbəxli vaqon ev içərisindəki əşyalarla birgə yanıb. Hadisə nəticəsində evsiz qalan aztəminatlı ailənin üzvləri yaxın qohumun mənzilinə köçürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png