Göyçayda meşə yanğını

Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.
 
ONN media xəbər verir ki, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.
 
Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.