Göyçayda yol qəzası baş verib- YARALANANLAR VAR

Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

ONN media xəbər verir ki, hadisə rayon mərkəzində baş verib. “Mercedes” markalı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan “Kamaz” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan Ucarın Lək kənd sakini, 1964 -cü il təvəllüdlü Əhmədov Ağamir Səftər oğlu, Göyçayın I Ərəb kənd sakini, 1983 -cü il təvəllüdlü Eyyubov Asiman Ələmdar oğlu və onun həmkəndlisi, 1991-ci il təvəllüdlü Hadıyev Sadiq Əvəz oğlu ağır xəsarət alıblar.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan A.Əhmədovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.