ONN İnformasiya Agentliyi

Göygöldə qəza baş verib- YARALILAR VAR

Göygöldə qəza baş verib- YARALILAR VAR
28 Noyabr 2023 - 22:45

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb. Hərəkətdə olan “Mersedes” markalı avtomobil anidən yolda heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png